Dünya Bankı Qrupu Azərbaycana dair İqlim və İnkişaf Hesabatını açıqlayıb

İqtisadiyyat 09:35 29.11.2023

Aşağı karbon tutumlu iqtisadiyyata keçid və dayanıqlılıqla bağlı investisiyalar, siyasi islahatlar Azərbaycanın iqtisadi maraqlarına uyğundur.

Ednews xəbər verir ki, bu, Dünya Bankı Qrupunun açıqladığı Azərbaycana dair İqlim və İnkişaf Hesabatında (CCDR) bildirilir.

Sənəddə deyilir ki, iqlimlə bağlı operativ tədbirlər Azərbaycana aşağı karbon yüklü iqtisadiyyata qlobal keçidlə bağlı yaranan riskləri minimuma endirməyə və Azərbaycan xalqının həyat səviyyəsini qorumağa kömək edə bilər.

"Ölkə iqtisadiyyatı ümumi daxili məhsulun (ÜDM) 1/3-ni və ixracın 90 %-ni təşkil edən neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılıdır. Neft ehtiyatlarının azaldığı və daha 25 il kifayət edəcəyinin gözlənildiyi bir şəraitdə kompleks və effektiv dekarbonizasiya səyləri iqtisadiyyatı şaxələndirməyə və yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə rəvac verəcək. Azərbaycan həmçinin iqlim dəyişikliyi ilə əlaqədar ciddi fiziki risklərlə üzləşir. Demək olar ki, bütün ölkə ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır və ekstremal hava şəraitisəbəbindən onların tezliyinin və intensivliyinin artacağı gözlənilir. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Eyni amanda, neft-qaz hasilatı da torpağın deqradasiyasına və su ehtiyatlarının çirklənməsinə təsir göstərib", - deyə hesabatda qeyd olunub.

“Qlobal dekarbonizasiya səylərinin tempindən asılı olmayaraq, dekarbonizasiyaya investisiyaların sürətləndirilməsi Azərbaycanın marağındadır. Bu səylər həm də iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan milli məqsədlərə uyğundur. CCDR-də ölkəyə hədəflərin müəyyən edilməsindən Azərbaycan iqtisadiyyatını və ölkə əhalisini iqlim dəyişikliyinin mənfi təsirlərindən qoruya biləcək tədbirlərin həyata keçirilməsinə keçid üçün praktiki yol təqdim olunur”, - deyə Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Rolande Pryce bildirib.

"Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ ki, ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılması ilə bağlı üzərinə hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya üzrə öhdəliklərini gücləndirməsinə baxmayaraq, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq trayektoriyasına qədəm qoymayıb. Milli iqtisadiyyatın strukturunu nəzərə alsaq, Azərbaycanda dekarbonizasiya ilə bağlı çağırışlar əhəmiyyətli miqyasdadır. Energetika və su təchizatı da daxil olmaqla yaşıl keçid üçün vacib olan sektorlarda dövlət müəssisələri üstünlük təşkil edir və onlar ölkənin işçi qüvvəsinin yarısına malikdirlər. Dekarbonizasiya üzrə dəqiq kursun müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün iqtisadi diversifikasiya və daha dinamik özəl sektor tələb olunur", - deyə sənəddə bildirilir.

Hesabatda qeyd olunan dekarbonizasiya və dayanıqlılıq tədbirləri üçün qlobal iqtisadiyyatın “xalis sıfır” emissiyalara keçid alacağı gözlənilən 2060-cı ilə qədər təxminən 44 milyard ABŞ dolları və yaxud ÜDM-in təxminən 3,2%-i qədər böyük investisiyalar tələb olunacaq. Bu xərclərin əhəmiyyətli bir hissəsi kommersiya və özəl sektorun maliyyələşdirilməsi hesabına təmin olunmalıdır.

“Aşağı karbon emissiyalı iqtisadiyyata keçidi təmin etmək üçün Azərbaycana öz iqtisadiyyatını faydalı qazıntı yanacaqlarından uzaqlaşmaq və özəl kapitaldan və “nou-haudan” istifadə etmək əlverişli olacaq, lakin bunun üçün vaxt vacib amildir. Bu hesabatda qeyd olunan imkanlardan istifadə ölkəyə gələcək yönümlü iqtisadiyyat qurmaqda və əhalini iqlim dəyişikliyindən qorumaqda kömək edəcək”, deyə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Ivana Fernandes Duarte bildirib.

Hökumətin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında yer almış tədbir kimi faydalı qazıntı yanacağına tətbiq olunan subsidiyaların tədricən, lakin davamlı şəkildə dayandırılması, xüsusilə də əhalinin ən yoxsul qruplarını qorumaq üçün ünvanlı sosial müdafiə tədbirləri ilə müşayiət olunarsa, sözü gedən keçidə nail olmaq baxımından əsas amillərdən biri olacaq.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı