Rusiya Federasiyasının prezidenti Vladimir Putin BƏƏ və Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı qlobal neft ticarəti haqqında danışıqlar aparıb və neft qiymətlərinin qalxmasını təmin etmək üçün atılmalı olan addımlar hesablanıb.
Ednews The Guardian-a istinadən xəbər verir ki, dünyanın ən böyük neft ixracatçıları olan Səudiyyə və Rusiya digər OPEC+ dövlətlərinə tövsiyə ediblər ki, neftin ixrac həcmini azaltsınlar.
Bununla neftin bahalaşmasını təmin etməyə çalışan Rusiya-Səudiyyə anlaşması ölkələri özünə cəlb etmək üçün qlobal iqtisadiyyatda artan inflyasiya səviyyəsini əsas gətirib.
Fərid