"2020-ci ildə beynəlxalq tələbələrin sayı 4300-ə yaxınlaşırdı. Bu gün isə Moskva kampusunda təhsil alan beynəlxalq tələbələrimiz 29 ölkəni təmsil edir. Bu müxtəliflik, ingilisdilli akademik mühitlə birlikdə, universiteti kiber mədəniyyət və innovasiya sahəsində aparıcı platformalardan birinə çevirir".
EDnews xəbər verir ki, bu fikirləri Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov "Sərhədsiz gənclər: Ortaq regional rifahın təşviqi" adlı panel müzakirəsi zamanı söyləyib
O, bildirib ki, aprel ayında “Silicon AI Projects” bölməsi çərçivəsində yaradıcı kurs hazırlanıb və bu təşəbbüsə beynəlxalq tələbələr, yeni akademik proqramlar, müəllim heyəti və xarici tələbələr cəlb olunub:
"Bu imkanlar təhsili daha çevik, şəffaf və əlçatan etmək istiqamətində daha geniş baxışımızın bir hissəsidir. Biz həmçinin rəqəmsal elmi və süni intellekti tədris, tədqiqat, idarəetmə və tələbə dəstəyi sahələrinə inteqrasiya edirik. Aparıcı qlobal məlumat təminatçısı olan institutlarla əməkdaşlığı, elmi fəaliyyətlərin inkişafını və tədqiqat məqalələrinin hazırlanmasını dəstəkləməyə hazırıq. Bu, universitetin beynəlxalq ali təhsil arenasında mövqeyinin və səsinin gücləndirilməsi baxımından mühüm addımdır. “Sərhədsiz gənclik” dedikdə biz müxtəlif ölkələrdə təhsil ala bilən, universitetlər arasında hərəkət edən, müasir alətlərə çıxış əldə edən, qlobal məlumatlardan faydalanan, tədqiqatlarda iştirak edən və ideyalarını innovasiyaya çevirən gəncləri nəzərdə tuturuq. Biz əmək bazarının çağırışlarına hazır olan və gələcəyi formalaşdırmağa qadir gənclərdən danışırıq. Bu, olduqca mühüm sahədir. Ali təhsildən danışarkən biz inkişafı, tərəqqini və innovasiyanı hərəkətə gətirən bir sektordan bəhs edirik", - deyə əlavə edib.
Aytac Kərimova | EDnews






.png)
