Belarus Prezidenti Aleksandr Lukaşenko İsrailə çağırış edib.
EDnews xəbər verir ki, Belarus lideri “Al Arabiya” telekanalına müsahibəsində İsrailin regional siyasətini tənqid edib.
Lukaşenko bildirib ki, İsrail gələcəkdə necə mövcud olacağı barədə ciddi düşünməlidir.
“İsrail ağlını başına toplamalı və gələcəkdə necə var olacağını düşünməlidir. Əks halda, nüvə silahı belə onlara kömək etməyəcək”, - deyə Belarus Prezidenti vurğulayıb.
O, həmçinin nüvə silahlarının yayılmasına qarşı olduğunu bildirib və bu məsələdə bütün ölkələrə eyni yanaşmanın tətbiq edilməsinin vacibliyini qeyd edib.







