Yaponiyanın baş naziri Birləşmiş Krallığa rəsmi qarşılanma mərasimi olmadan gəlib.
EDnews xəbər verir ki, baş nazirin Londona səfəri zamanı hava limanında qırmızı xalça sərilməyib.
Məlumata görə, Yaponiya hökumət başçısını hava limanında rəsmi şəxslər deyil, yalnız uçuş heyəti qarşılayıb.
Bu hal diplomatik protokol baxımından diqqət çəkib və səfərin qarşılanma formatı müzakirələrə səbəb olub.
Qeyd edək ki, rəsmi səfərlər zamanı dövlət və hökumət başçılarının hava limanında yüksək səviyyəli protokol qaydasında qarşılanması beynəlxalq diplomatik praktikada geniş tətbiq olunur.







