“ÜST-ün verdiyi statiskaya, əsasən, 5 yaşına qədər olan olan uşaqların 45%-də animaniyaya daha çox rast gəlinir”.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.
O qeyd edib ki, fəsil dəyişkənliyinə görə uşaqlarda qan azlığı daha çox müşahidə olunur.
“Yeni doğulan körpədə qan azlığının olması tam fərqlidir. Uşaq ana bətnində olarkən oksigeni ananın bətnindən alır. Uşaq doğulandan sonra oksigen qəbul etmək üçün əlavə enerji sərf edir. Uşağın 6-9 həftəliyindən sonra dəyişkənliyinin hiss edə bilərik. 3-6 aylıq uşaqlarda qan azlığının yaranması hemoqlobin ilə bağlıdır. Bəzi həkimlər bunlar üçün test edir. 6 aydan sonra isə uşağın bədənində dəmir ehtiyacı çoxalır. Əgər uşaq yalnız ana südü ilə qidalanırsa, tərkibində dəmir az olan qidalardan istifadə edilirsə bu zaman anemiyadan əziyyət çəkir”.
Aysel Şahmar