Azərbaycanda məktəblərdə “TikTok” sosial media platformasına çıxış bloklanıb.
EDnews xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Nazir müavini “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məktəblərdə internetə çıxışla bağlı mövcud məhdudiyyətlərdən danışıb.
Firudin Qurbanov qeyd edib ki, ümumilikdə məktəblərdə internetə çıxış müəyyən çərçivədə məhdudlaşdırılıb.
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb. Terrorizm kimi mövzulara çıxış da məhdudlaşdırılıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzuya məhdudiyyət tətbiq olunub”, - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, bu addımlar şagirdlərin zərərli informasiya və təhlükəli məzmunlardan qorunması məqsədi daşıyır.


.jpg)

.jpeg)


