Uşaqlar sosial şəbəkələrdən uzaqlaşdırılır?

Uşaqlar sosial şəbəkələrdən uzaqlaşdırılır?

Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur.

EDnews xəbər verir ki, “Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə İnzibati Xətalar Məcəlləsi, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxış edib.

Zahid Orucun sözlərinə görə, layihənin əsas məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən qorumaq, onların fiziki və psixoloji sağlamlığının müdafiəsini təmin etməkdir.

Deputat bildirib ki, sosial platformalarda uşaqlara qarşı müxtəlif zərərli təsirlər, təhrikedici məzmunlar, istismar çağırışları, alçaldıcı davranışlar və bullinq halları ciddi risk yaradır. Bu baxımdan, uşaqların yetkinlik dövrünədək sosial şəbəkələrdən istifadəsinin təxirə salınması təklif edilir.

“Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir”, - deyə Zahid Oruc qeyd edib.

Onun sözlərinə görə, layihəyə əsasən, 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Deputat bunu Azərbaycanın rəqəmsal siyasətində mühüm addımlardan biri kimi qiymətləndirib.

Zahid Oruc bildirib ki, platforma provayderləri istifadəçilərin yaşını təsdiqləmək üçün bank kartı, elektron poçt və mobil nömrə əsaslı yaş doğrulama mexanizmlərini tətbiq etməli olacaqlar.

Deputatın sözlərinə görə, 16-18 yaş qrupu üçün isə fərqli mexanizm nəzərdə tutulur. Bu yaş qrupunda olan yeniyetmələr sosial şəbəkələrdə hesab yarada biləcəklər, lakin bu, yalnız qanuni nümayəndələrinin, yəni valideynlərinin açıq razılığı ilə mümkün olacaq.

Layihədə 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə və avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilməməsi də təklif olunur.

“Texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur”, - deyə Zahid Oruc vurğulayıb.

O, həmçinin qeyd edib ki, yaş yoxlama məqsədilə toplanan fərdi məlumatların — bank kartı, elektron poçt və mobil nömrə məlumatlarının kənar şəxslərə ötürülməsi, eləcə də kommersiya məqsədilə istifadəsi qəti qadağan ediləcək.

Bundan başqa, provayderlərin hər il yanvarın 15-dək aidiyyəti dövlət qurumlarına hesabat təqdim etməsi nəzərdə tutulur. Zahid Orucun sözlərinə görə, bu, sosial media platformalarının məsuliyyətinin institusional formada müəyyənləşdirilməsi deməkdir.

Qanun müddəalarına əməl etməyən vəzifəli və hüquqi şəxslərin isə cərimə ediləcəyi bildirilir.

Xəbər xətti

Ruslan Quliyev vəfat etdi
13:48
“Toplum TV” işi üzrə prokuror 9 nəfərə ağır cəza istədi
13:40
Paşinyanın yeni hökumətində KİMLƏR OLACAQ? – AÇIQLANDI
13:30
Maliyyə Nazirliyi büdcə göstəricilərini açıqladı
13:21
İrandan sərt xəbərdarlıq: “Enerji obyektlərimiz vurularsa...”
13:13
Filippində zəlzələ qurbanlarının sayı artmağa davam edir
13:08
Bakı Konqres Mərkəzi yaxınlığında yeni layihə başlayır
12:59
Vaşinqton Bakı üçün erməni əsilli səfir seçib?
12:50
Bu məşhur hospital CƏRİMƏLƏNDİ
12:43
Tehranda partlayış səsləri eşidildi
12:33
Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq
12:14
Məktəblərdə “TikTok”a giriş bloklanıb
12:06
DSMF ailə başçısını itirən şəxslərlə bağlı statistikanı açıqladı
11:56
Uşaqlar sosial şəbəkələrdən uzaqlaşdırılır?
11:44
Ermənistanda parlamentə namizəd saxlanıldı
11:38
Kiyev-Varşava xəttində gərginlik: Zelenskinin marşrutu dəyişdi
11:32
İran bu ölkələrlə regional gərginliyi müzakirə etdi
11:29
Paşinyan sülh müqaviləsini imzalamaq niyyətindədir
11:25
Seçki günü Ermənistanda baş verən səsvermə pozuntularının sayı açıqlandı
11:19
Azad edilmiş ərazilərdə 149 mina zərərsizləşdirildi
11:15
İran İsrailin iki hərbi bazasına zərbə endirib
11:09
Bakıda faciə: Ata və oğlunun meyiti mənzildə tapıldı
11:05
Robin van Persie “Feyenoord”dan göndərilir? - AÇIQLANDI
10:47
Netanyahu təhlükəsizlik kabinetini toplayır - NƏ BAŞ VERİR?
10:37
NİİM sürücülərə müraciət edib
10:22
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıldı - Paşinyan qalib gəldi
10:17
Səudiyyə Ərəbistanı aviabazada hava həyəcanı elan edib
09:59
Paşinyandan Azərbaycan və Türkiyəyə çağırış
09:41
Filippinin cənubunda güclü zəlzələ baş verib - YENİLƏNİB
09:28
Ceyhun Bayramov İstanbula yola düşüb
09:15
Paşinyan bu bölgədə SEÇKİNİ UDUZDU
01:35
Kərbəlada PUA vurulub
01:24
İran DÖYÜŞ RAKETLƏRİNİ HAZIR VƏZİYYƏTƏ GƏTİRDİ- HƏDƏF SİYAHISI HAZIRDIR
01:17
İran-İsrail müharibəsinə TÜRKİYƏ QARIŞDI- HAKAN FİDANDAN TƏCİLİ ZƏNG
01:06
İrandan sonra BU ÖLKƏ DƏ HAVA MƏKANINI BAĞLADI- GÜCLÜ PARTLAYIŞ ...
00:58
İNSANLAR "QƏLƏBƏ" ŞÜARLARI İLƏ KÜÇƏLƏRƏ AXIŞDI-İRANDA İZDİHAM DAVAM EDİR
00:52
Tramp BU ÖLKƏDƏN XAHİŞ ETDİ: "İrana hücum etmə"
00:43
Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası liderlik edir
00:22
"ARTIQ BU QƏDƏR BƏSDİR!"- TRAMPDAN İRANA TƏCİLİ ÇAĞIRIŞ
00:20
İran hava məkanını BAĞLADI
00:14
Tramp İrana danışıqlara qayıtmağı tövsiyə edib
00:05
08.06.2026
SEPAH-dan İsrailə endirilən zərbələrlə bağlı AÇIQLAMA
23:49
Paşinyan elektron səsvermədə qalib gəldi
23:29
SON DƏQİQƏ: İran İsraili vurdu
23:08
Seçki sandıqları açıldı: Nəticələr kimin lehinədir?
22:47
4 yaşlı uşağı maşın vurdu
22:37
Bəzi ərazilərdə suyun verilişində fasilə yaranacaq
22:23
Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı
21:40
63 yaşlı kişinin meyiti su kanalından tapıldı
21:30
Ermənistandakı seçkilərdə "exit-poll" nəticələri açıqlanıb
21:07
Partiya nümayəndəsi seçiciləri yönləndirdiyi üçün saxlanıldı
20:39
Zelenski Böyük Britaniyada səfərdədir
20:24
Ermənistanda parlament seçkilərində səsvermə başa çatdı
20:03
Tramp: "İranlılar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər"
20:00
Ermənistanda seçici fəallığı 48,92% təşkil edib
19:50
Ermənistan MSK-dan müxalifətin etirazına reaksiya
19:43
Tramp NBC aparıcısını təhqir edərək müsahibəni tərk etdi - VİDEO
19:35
Sükutla danışan film Avropanı heyrətləndirdi - FOTO
19:25
İran Livan hücumlarına cavab verməyə hazırdı
19:08
İranda Təhlükəsizlik və Müdafiə Şurası toplanır - TƏCİLİ
18:51
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR