Şahzadə Harri nənəsi Kraliça II Elizabetin vəfatı ilə bağlı bəyanat verərək, onun həyatındakı roluna görə "əbədi minnətdar olduğunu" söyləyib.
Ednews xəbər verir ki, "Əlahəzrət Kraliçanın həyatı barədə danışarkən və onun itkisinə yas tutarkən, hamımız onun xidmət və vəzifə borcuna sadiqliyi ilə bağlı çoxlarına rəhbərlik edən kompas kimi xatırlayacağıq" - deyə prins qeyd edib.
"O, dünya miqyasında heyran və hörmətlə qarşılandı. Onun sarsılmaz lütfü və ləyaqəti bütün onun ən böyük mirası idi. Gəlin onun əri Şahzadə Filipin vəfatından sonra söylədiyi sözləri təkrarlayaq: 'Həyat, əlbəttə, ilk görüşlər kimi son ayrılıqlardan ibarətdir.''-deyə Harri vida mərasiminə çıxış edib.
Nəzrin Beydiyeva