ABŞ-ın keçmiş prezidenti Donald Tramp və aktrisa Marla Meyplsin qızı- 29 yaşlı Tiffani Tramp, Livan əsilli milyarder Maykl Polla ailə qurub.
Ednews-un verdiyi məlumata görə, toy Donald Trampın 2024-cü il prezident seçkilərində namizədliyini elan etməsindən üç gün əvvəl 12 noyabrda Florida ştatının Palm-Biç şəhərində baş tutub.
"Biz bu gün siyasətə yox, müqəddəs birliyə diqqət yetirərək, sevimli dostları və ailəni alqışlayırıq",- deyə Marla Maples “PEOPLE” jurnalına verdiyi açıqlamasında deyib. O, əlavə edib ki, toyun keçirildiyi məkan "Tiffaninin doğulduğu və böyüdüyü yer” olduğuna görə seçilib.
Tiffany gəlinlik paltarını Paulus ailəsinin irsinə işarə olaraq seçib. Gəlinin libası da livanlı dizayner Elie Saab tərəfindən hazırlanıb.
Cütlüyün toy şirniyyatı 7 fut hündürlüyündə Sylvia Weinstock tərəfindən hazırlanan tort olub.
Siyasi mənbələrə əsasən, Donald Tramp namizədliklə bağlı nəticələrdən sonra pis əhval-ruhiyyədə olsa da, o, toyda ənənəvi atalıq vəzifələrini çox gözəl yerinə yetirib.
Rəna Mürşüd