Venesiyanın mavi suları yaşıl rəngə boyanıb.
Ednews “skynews”a istinadən xəbər verir ki, şəhərin əsas kanalının suyu parlaq yaşıl rəngə dönüb. Səlahiyyətlilər bunun səbəbini müəyyən etməyə çalışır.
Ekoloji hadisəyə səbəb olan maddənin analizi üçün rəngini dəyişən sudan nümunələr alınıb.
İtaliyada ətraf-mühitin vəziyyəti heç də ürəkaçan deyil. Yanacaq qalıqları ekologiya aktivistlərinin etirazına səbəb olub. Bir neçə gün əvvəl aktivistlər Romanın məşhur Trevi şəlaləsini və tarixi abidələri qara rəngə boyayaraq vəziyyətə öz etirazlarını bildirmişdilər.
Venesiyada baş verən son hadisə ilə bağlı hələki heç bir aktivist qrup məsuliyyəti öz üzərinə götürməyib.
Törə Zeynal