Canlı efirdə qorxulu anlar

ABŞ-da televiziya kanallarının birində canlı efir zamanı maraqlı hadisə yaşanıb.

Ednews xarici mətbuata istinadən xəbər verir ki, aparıcı Hollivud çimərliyində hava proqnozunu təqdim edib. Bu zaman kameraya doğru uçan böyük bir göyərçin onu şoka salıb. Dəhşətə gələn aparıcının qorxusu canlı efirdə ekranlara yansıyıb. O qışqıraraq kameradan uzaqlaşıb.

Baş verən hadisə ilə bağlı tvitter hesabında paylaşım edən aparıcı karyerası boyu ilk dəfə belə hadisəylə rastlaşdığını bildirib.  

 

Törə Zeynal

 


İlham Əliyev xalqa müraciət edir - Canlı