“Telegram” sosial şəbəkəsinin populyarlığı artdıqca, bu messencerdə həyata keçirilən saxtakarlıq sxemlərinin sayı da artır.
Burada əsas zərərli fəaliyyət növü fişinq e-poçtlarıdır. Bir qayda olaraq, istifadəçini zərərli linkə keçid etməyə və bank kartı nömrəsini, telefon nömrəsini, təsdiq kodunu daxil etməyə sövq etməklə, onun hesabından pul və ya məlumatları ələ keçirirlər.
Belə ki, bu yaxınlarda Azərbaycanda hər uşaqlı ailəyə 500 manat məbləğində müavinət veriləcəyi vədi ilə “Telegram”da saxta poçt göndərişi aşkarlanıb.