1989-cu ildə Sinqapurda qüvvəyə minən və mənzillərdə pişik saxlamağı qadağan edən qanun yeni qərarla ləğv edilib.
Ednews singapurnnews-a istinadən xəbər verir ki, artıq ölkədə pişikləri mənzillərdə saxlamaq olar
Sinqapurlu heyvansevərlər, 34 ildən sonra pişiklərin ictimai evlərdə qalmasına qadağa qoyulan qərarın ləğv edilməsinə sevinirlər. Ölkədə kiçik itlərin evdə saxlanmasına icazə verilib. Bununla belə, pişiklər müxtəlif gigiyena problemlərini əsas gətirərək “qadağan olunmuşlar” siyahısına salınıb. Sinqapurda evdə 62 müxtəlif cins kiçik it, quş və balıq saxlamağa icazə verilir. Bu ikili standart ən çox heyvansevərləri narahat edirdi.
Ev və küçə pişikləri üçün şəxsiyyət vəsiqəsi və çip proqramını həyata keçirməklə pişiksevərlərlə pişik olmayanlar arasında barışığa nail olmaq planlaşdırılır. Qərarın 2024-cü ilin sonunda qüvvəyə minməsinə qədər daha çox rəyin alınacağı bildirilib.
Xəyal Ramiz