ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla arasında baş tutan maraqlı dialoqdan danışıb.
EDnews xəbər verir ki, Donald Tramp çıxışı zamanı həyat yoldaşının onun rəqs etməsinə münasibətindən bəhs edib.
"Çox zərif həyat yoldaşım mənə deyir: "Xahiş edirəm, rəqs etmə, bu prezidentliyə yaraşmır". Mən də ona cavab verirəm: "Amma insanlar mənim rəqs etməyimi sevirlər", - deyə ABŞ prezidenti bildirib.
Trampın bu açıqlaması tədbir iştirakçıları arasında gülüşlə qarşılanıb.







