Azərbaycanın 2020-ci ildən sonrakı bəyanatları, atdığı birtərəfli addımlar onu göstərirdi ki, ölkəmiz Qarabağ üzərində suverenliyini bərqərar edəcək. Bunun bölgədə yaşayan ermənilərlə və ya ermənilərsiz baş tutacağı artıq onların öz seçimi idi. Qarabağ erməniləri öz seçimlərini etdilər və Ermənistan rəhbərliyi, habelə separatçı xunta başçılarının təşkilatçılığı ilə könüllü şəkildə ərazini tərk etdilər.
Artıq reallıqlar dəyişib. Azərbaycan qəti şəkildə Ermənistanı regiondakı sülh gündəminə əməl etməyə məcbur edən yeni reallıqları diktə edir.
Bundan əvvəl xəbər verdiyimiz kimi Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Əliyevlə Brüsseldə görüşlə bağlı ilkin razılıq var. Görünür Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında Bu görüş sülh müqaviləsi üçün addım sayıla bilərmi, yoxsa qalan həll olmamış məsələlər müzakirə ediləcək?
Məsələ ilə bağlı Ednews – a danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru və politoloq Fərhad Məmmədov, Azərbaycan – Ermənistan arasında sülhün müqaviləli və ya müqaviləsiz şəkildə təmin olunacağını vurğulayıb:
“Gözlənilən Brussel görüşü bəlkə də 3 il ərzində Azərbaycan – Ermənistan münasibətlərində tam aydınlıq gətirilməsində ən vacib görüşdür. Çünki bu 3 il ərzində həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi bacara bildiklərini ediblər; Azərbaycan tərəfi sülh müqaviləsi üçün, Ermənistan tərəfi isə sülh müqaviləsindən boyun qaçırtmaq üçün. Azərbaycan bitərəfli addımları ilə artıq elə bir vəziyyət formalaşdırıb ki, açıq – aydın Ermənistan tərəfi bəlli etməlidir ki, o, sülh müqaviləsinə gedir yoxsa yox. Son həftələrdə nəqliyyat dəhlizləri ilə bağlı olan fəaliyyətlər onu nümayiş etdirir ki, Azərbaycan tərəfi Ermənistanla həm sülh müqaviləsilə, həm də sülh müqaviləsiz artıq gələcəyə hazırdır. Seçim artıq Ermənistanındır, biz sülh və təhlükəsizlik şəraitində yaşayacayıq yoxsa yox”.
Əkbər Novruz