"Rusiya ilə müttəfiqlik olmasa, Ermənistan məhvə məhkumdur" - İqor Koretçenko ilə ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 11:00 25.11.2023

Ednews Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko ilə müsahibəni təqdim edir:

-    Cənab Korotçenko, sizcə ABŞ-ın bölgəmizdəki fəallığının səbəbi nədir? Rusiya bu fəaliyyətə hansısa şəkildə cavab verə bilərmi?

-    Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionunda fəaliyyəti, ilk növbədə, bu regionun strateji əhəmiyyəti ilə bağlıdır.  Bundan əlavə, Rusiya iqtisadiyyatının dayanıqlı fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub Dəhlizi və Orta Dəhliz layihəsi buradan keçir. Karbohidrogen və neft-qaz ehtiyatlarına görə zəngin olması sözsüz ki, Qərb ölkələrini, ələxsus da onların lideri ABŞ – ı cəlb edir. Ona görə də ABŞ-ın orada mövqelərinin olması, Ermənistanın, onun peyki kimi sabitliyi pozması və proseslərə təsir göstərməsi, əlbəttə ki, onun ən mühüm siyasi və iqtisadi vəzifələrindəndir. ABŞ regiona nəzarəti təmin edə bilmək üçün Ermənistanı peyk kimi istifadə etmək istəyir. 

-    Ermənistan KTMT-nin köməyinə ümid etmədiyini bildirdi. Bu həm də hərbi blokdan çıxmağa hazırlığın əlaməti ola bilərmi? Doğrudanmı, Rusiya buna müdaxilə etməyəcək? Ermənistanı Gürcüstanın taleyi gözləyirmi?

-    Onun bu cür duruş sərgiləməsi də, Qərbin buraya olan marağını və Ermənistan vasitəsilə regiona müdaxiləsini asanlaşdırır. Sözsüz ki, bu indiki hakim erməni elitasının şüurlu seçimidir.  Paşinyanı hakimiyyətə gətirən 2018-ci ilin məxməri inqilabı da Qərb güc mərkəzlərinin layihəsi idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən kimi anlaşıldı ki, artıq Rusiyaya deyil, ABŞ, Fransa və Avropa İttifaqına diqqət yetirmək lazımdır. Hərçənd bir şey dəqiq bilinməlidir ki, Rusiya ilə müttəfiqlik olmasa, Ermənistan məhvə məhkumdur. Bəli, bir vaxtlar aqressiv və hərbi baxımdan kifayət qədər güclü dövlət idi, amma son 30 ildə Azərbaycan müasir ordu yaradıb, ərazi suverenliyini bərpa edib.

-    2021-ci ildə erməni müxalifəti dəstək üçün Rusiya Federasiyasına üz tutdu, deyə Ermənistan Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Moskva danışır” radiostansiyasının efirində bildirib. Doğrudanmı belə bir çağırış olub?

-    Ermənistan müxalifətinin hakimiyyətə gəlmək üçün Rusiya Federasiyasına dəstək üçün üz tutması, düşünürəm mümkün deyil və blefdir. İstənilən dövlətin müxalifəti ilk növbədə xalqın tələbi ilə formalaşmalıdır. Onların hakimiyyətə gəlmək üçün aydın siyasi proqramı olmalıdır. Onların hakimiyyətə gəlmək güclərinin isə çox olmadığını düşünürəm. Çox vaxt parlamentdə öz intellektual potensialına görə Paşinyanın və onun komandasından da pis olan siyasətçilər görülür. Çətin ki, belə adamlar hakimiyyətə gəlsin. 

-    Ermənistan tərəfi indi müxtəlif səviyyələrdə Aİ-nin də bəyəndiyi “Dünyanın kəsişməsi” layihəsini təbliğ etməyə çalışır. Bu təşəbbüsün Zəngəzur dəhlizinin açılışını pozmaq üçün irəli sürüldüyü fikrini bölüşürsünüzmü?

-    Paşinyanın üçtərəfli bəyanatın 9-cu bəndinə əməl etməkdən imtina etdiyini hamımız bilirik. Aydındır ki, Ermənistanın Qərb kuratorları regionda nəqliyyat kommunikasiyalarının açılmasının bu cür həyata keçirilməsi variantlarının qəti əleyhinədirlər. Ermənistan bu cür davranış sərgiləməklə özünün regionda siyasi gücünü artırmağa və güclü obraz kimi göstərməyə çalışır. Əslində, bu gün Qərb Ermənistandan məhz bu şəkildə istifadə edir və təbii ki, Qərb kuratorlarının ona tapşırdığı bu rol Ermənistanın özü üçün yaxşı heç nə vəd etmir. 

-    Şərqdə Qərb qüvvələrinin güclənməsi türk dövlətlərinin birləşməsinin güclənməsi ilə bağlı ola bilərmi?

-    Dünyada geosiyasi rəqabət gedir və xüsusilə Türkiyənin çox fəal rol oynadığını nəzərə alsaq, təbii ki, türk dövlətlərinin təşkilatlanmasına nəzər yetirilir. Bu təşkilatın dünya geosiyasətinin müstəqil subyektinə çevrilməsi potensialı olduğu üçün Qərb belə rəqiblər istəmir. Amma hesab edirəm ki, yaranan ziddiyyətlər təbii ki, səbəblər kompleksindən qaynaqlanır. Bakı ilə Tehran arasında İran ərazisindən keçəcək nəqliyyat dəhlizi ilə bağlı razılaşmalara da çox qəzəbli reaksiya görürük. Bu baxımdan düşünürəm ki, güclü, müstəqil, suveren dövlətlər Vaşinqton üçün potensial rəqiblərdir. Hər halda o, suveren və özünə güvənən Azərbaycanı belə qəbul edir.

-    Rusiya HƏMAS-ın İsraillə müharibəsində həlledici rol oynaya bilərmi? Bu tarixi fürsət anı ola bilərmi?

-    Rusiya prezidenti Vladimir Putin İsraillə HƏMAS arasındakı münaqişə ilə bağlı, Kremlin mövqeyini açıqlayıb. Söhbət ondan ibarətdir ki, Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrilə Rusiya təbii ki, razı deyil. Ərəb dövlətləri də hələ döyüşməyə həvəsli deyillər. Ona görə də aydındır ki. İslam dünyasının belə bir siyasi lideri funksiyasını üzərinə götürən prezident Ərdoğanın bu gün İsrailə qarşı göstərdiyi səylər daha hörmətə layiq görülür. İstənilən halda həm Rusiya, həm də Türkiyə Yaxın Şərq münaqişəsi ilə bağlı mövqelərini kifayət qədər sıx əlaqələndirirlər. Rusiyanın prioritetləri hazırda Ukrayna olsa da, Fələstinə humanitar yardımlar göstərilir.

Söhbətləşdi: Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı