"Makronun Fransanın gələcəyi ilə bağlı heç bir perspektivi yoxdur" - Fransalı Politoloqla ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 15:15 27.11.2023

Ednews fransız politoloq Martin Orien ilə müsahibəni təqdim edir:

233487049_10159501267584875_1004101766431504684_n.jpg

-Cənab O’Rien Bildiyimiz kimi, Fransa ilə Azərbaycan arasında münasibətlər kritik vəziyyətdədir. Fransanın Ermənistanı silahlandırır. Sizcə burada məqsəd nədir? Pozulmuş münasibətlərin bərpa olunma ehtimalı varmı?

- Fransanın Ermənistana verdiyi silahların regionda güc balansını dəyişdirməsi və ya Azərbaycan üçün ciddi təhlükə yaratması ehtimalı azdır. Bu sadəcə Minsk qrupunun dövründə olduğu kimi bölgədə "var olmaq" yolunda sadəlövh bir cəhddir, bu dəfə isə təsir dairəsində olan rus və türklərlə qarşı-qarşıyadır. İki ölkə arasında münasibətlərin yenidən yaxşılaşması üçün yeganə şans Ermənistanla Azərbaycan arasında sülhün imzalanmasıdır və bu, nəhayət, vasitəçilik və geosiyasi intriqalar dövrünə son qoyacaq hadisə olacaq.

-Ermənistan höküməti müəyyən provakativ üsullara əl ataraq sülhdən yayınmağa çalışır. Bəs sizcə bu fonda artıq Qarabağ münaqişəsinin tam həll aldığını söyləmək olarmı?

-Qarabağın azad edilməsi və Azərbaycanın suverenliyini bərpa etməsi, ələxsus yalnız iki ölkə arasında sülh şəraitinin deyil, regionda əmin-amanlığın yaranmasında birbaşa rol oynayacaq. Burada münaqişəni həll edilmiş kimi deyil də əsasən yeni mərhələyə keçid etdiyini deyə bilərik. Yeni mərhələnin müharibə şəraitinə keçid anlamında deyil, artıq əlaqələrin inkişaf etdirilməsi üçün ideal mərhələyə keçid anlamında söyləyirəm.


-Avropada ifrat sağçıların yüksəlişini nəzərə alsaq, sizcə, Fransadakı ifrat sağçı partiyalar da qarşıdan gələn 2024-cü il Avropa seçkilərində özlərinə güc qatmaq üçün fürsət olduğunu düşünürlər. Fransa bu “sağçı dalğa” dan təsirlənəcəkmi?


-Fransa da bir çox Avropa ölkəsi kimi, "populist" və ya "ifrat sağçı" partiyaların yüksəlişi dinamikasında yer alır. Hər yeni seçki ilə birlikdə daha çox dəstək və populyarlıq qazandıqlarını görürük, buna görə 2024-cü il Avropa seçkiləri bu yüksəlişdən öz payını alacaqdır.


-Dünya və Fransa mediasında ölkədə əsasən miqrant problemləri ilə bağlı şikayətləndiyini görürük. Doğrudanmı, Fransada vəziyyət deyildiyi qədər pisdir?

-İmmiqrasiyanın tənzimlənməməsi Fransada ciddi problemlər ortaya çıxarıb. Uzun müddət bu məsələ aradan qaldırılmışdı, amma bu gün buna məhəl qoymamaq mümkün olmur. Bunula bağlı belə bir nümunə verim: bu ayın əvvəlində iki gənc Fransız qadın, Parisdə, ərazini tərk etməsini tələbi verilən bir Mərkəzi Afrikalə olan qanunsuz bir mühacir tərəfindən təcavüz edildi. Oktyabr ayında bir gənc çeçen qaçqın, əyalət liseyində bir Fransız müəllimini öldürdü. Təəssüf ki, bu cür hallar getdikcə daha çox yayğın hal alıb.

-Makronun xarici siyasəti niyə bu qədər tutarsız və uğursuzdur? Onun çatışmazlığını hər bir regionda (Uzaq Şərq, Qafqaz, İsrail-Həmas münaqişəsində) görürük. Sizcə, yaxın gələcəkdə Fransa siyasətində fərqli dönüş bucağı görə bilərikmi?

-Məncə, Prezident Makronun Fransanın gələcəyi ilə bağlı heç bir təsəvvürü yoxdur. Dünyanın hansı bölgəsində olmasından asılı olmayaraq, o, bizim fundamental maraqlarımıza əhəmiyyət vermir. Onun müşavirləri müasir dünyamızda problemləri və real güc balansını başa düşməyən insanlardır. Təəssüf ki, ona qarşı yaxın bir neçə il üçün heç bir real ciddi alternativ görmürəm. Ciddi institusional böhran olmazsa, 2027-ci il prezident seçkilərinə və kadr dəyişikliyi üçün ciddi bir şey hələlik görülmür".

-Nəhayət, sizcə, İsrail-Həmas münaqişəsinin tam həlli üçün nə lazımdır? Ərazidə iki dövlət formatı, yoxsa beynəlxalq zona yaradılmalıdır?

-Qüdsün beynəlxalq statuslu iki dövlət formatının yaradılması qərarı ən arzuolunan və ağlabatan qərardır. Təəssüf ki, hər iki tərəfin bunu istədiyinə inanmıram. Şübhəsiz ki, kifayət qədər güclü və qərəzsiz vasitəçi lazımdır, lakin onu tapmaq çətindir. Bəzi ekspertlər HƏMAS-a qarşı sağlam təsir gücü olan və İsrail ilə münasibətlərini normallaşdırmağa çalışan Məhəmməd bin Salmanın Səudiyyə Ərəbistanından bəhs edirlər. Onu da ehtimal kimi göstərmək olar.

Söhbətləşdi: Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı