Zelenski ötən gün ABŞ senatının keçirdiyi brifinq-ə qoşulmaqdan imtina edib. Gözlənilənlər o idi ki, Zelenski brifinqdə iştirak edərək regiondakı vəziyyətlə bağlı məlumat verəcək. Lakin onun iştirak etməməsi ilə birlikdə ABŞ yuxarı palatası ölkəyə yardım etməyəcəyini söyləyib. Bu arada Ukraynanın hazırkı hərbi paketi demək olar ki, tükənib. Kiyev rejimi qış mövsümündə fasilə verməyə məcbur olacaqmı?
Ukraynalı hərbi-analitik Ednews - a açıqlamasında Vadim Tryuxan, ABŞ - ın Ukraynaya edəcəyi dəstəyi buraxmayacağını vurğulayıb. O, hesab edir ki, ABŞ Ukraynanı və Aİ - ni eyni zamanda itirməkdən qorxur.
“Əminəm ki, yaxın həftələrdə ABŞ Konqresi Ukraynanın ölkədən ciddi maliyyə alacağı qanunu qəbul edəcək. Bizim amerikalı dostlarımızın başqa çarəsi yoxdur, çünki onlar Putinə demokratiyanı məğlub etməyə, Ukraynanı, Avropa Birliyində yerləşən digər ölkələri məğlub etməyə imkan verə bilməzlər. Ona görə də burada başqa variant yoxdur. Sadəcə səbirli olmaq və iki partiyanın, Demokratik və Respublikaçıların bəzilərinin siyasi tələbləri ilə bağlı kompromis əldə etmələrini gözləmək lazımdır. Söhbət ilk növbədə Meksika ilə sərhəddən gedir. Amma buna baxmayaraq, Ukrayna istənilən halda, hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, bütün ölkəyə və bizim hər birimizə, hər bir vətəndaşımıza nəyin bahasına olursa olsun, öz azadlığı uğrunda mübarizə aparacaq. Rusiyaya qarşı silahla, təyyarələrlə, tanklarla, tanklarla, oxlarla, nə olursa olsun döyüşəcəyik. Biz müstəqilliyimizi qoruyacağıq”.
Əkbər Novruz