“Bizi ən narahat edən məsələ insanların bu ərazilərə necə qaytarılması idi. Lakin işğaldan azad olunmuş ərazilərdə gedən bərpa və yenidənqurma işləri məni heyrətə gətirdi. Bu həqiqətən böyük uğurdur”.
Ednews xəbər verir ki, bu sözləri “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında iştirak edən Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfinin (İHH) Humanitar diplomatiya şöbəsinin məsul əməkdaşı Mehmet Altıntaş deyib.
O daha sonra vurğulayıb ki, biz Qarabağ zəfərindən sonra quru yolu ilə bura gələn ilk şirkətlərdən biriyik:
“Müharibə dönəmində qazi və şəhid ailələrinə yardımlarımız olub. Müharibə dönəmindən sonra düşünürdük ki, biz müharibə və minadan əziyyət çəkən insanlara necə yardım edə bilərik. 2 il əvvəl ANAMA ilə memorandum imzaladıq. Bu çərçivədə minalardan zərərçəkənlərə protezlər istehsal etməyə başladıq. Dəhşətlisi odur ki, minaların yerləşdirildiyi ərazilərdir. Qəbiristanlıqlar, su quyuları otlaq əraziləri və s”.
Daha ətraflı video süjetdə:
Xəyal