Sinqapurlu illüstrator Qreys Çao çiçək ləçəklərindən möhtəşəm obrazlar yaradır.
Sinqapur Dövlət Universitetinin tələbəsi olan gənc qız ilhamı təbiətdən tapır. Çao unikal və tamamilə praktik olan geyimlər hazırlayır, mürəkkəb, akveril və ya karandaşdan istifadə etmədən o, əsl ləçəkləri illüstrasiyalara yapışdırır. "Çiçəkləri moda ilə birləşdirmək ideyası təsadüfən yaranıb. Bir dəfə illüstrasiyalardan birinin üzərində çalışırdım və stoldakı solan qızılgül mənim diqqətimi cəlb etdi. O elə gözəl idi ki, onun gözəlliyinin qısamüddətli olması məni kədərləndirdi. Daha sonra bu gözəlliyi "ölümsüzləşdirmək" barədə düşündüm. Çiçəklərin gözəlliyini saxlamaq istəyərək, mən ləçəkləri illüstrasiyalara əlavə etməyə başladım. Ləçəklər isə illüstrasiyalar üzərində çox yaxşı qalırdı", - deyə Qreys bildirir.
Bütün bunlar təbiətdə rast gəlinən rəng və xətləri vurğulayır. Yəqin ki, podiumdakı qadın məhz bunu görmək istəyir.
Mənbə:http://www.buro247.az/lifestyle/news/i-kl-rl-ill-strasiyalar-yaradan-qreys-ao.html