İngiltərə kraliçasının dəfn mərasimində 500-ə yaxın dövlət nümayəndəsi və yüksək vəzifəli şəxslər iştirak edib.
Ednews "cnn"-ə istinadən xəbər verir ki, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edib.
Liderlər kraliça II Yelizavetanın dünən keçirilən dəfn mərasimi üçün paytaxt Londona axın edib. ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Jill mərasimin keçirildiyi Vestminster Xiyabanına gəliblər.
Fransa prezidenti Emmanuel Makron mərasimdə həyat yoldaşı Bricit ilə birlikdə iştirak edib.
Mərasimdə 2019-cu ildə taxta çıxan imperator Naruhito və onun həyat yoldaşı İmperator Masako da iştirak edib. Bu, imperatorun öz səlahiyyətləri daxilində ilk xaricə səfəri idi.
Nəzrin Beydiyeva