Liz Trasın istefası, Boris Consonun qayıdışı Böyük Britaniya seçim qarşısında - Kamran Məmmədli yazır

Siyasət 14:09 23.10.2022
Kraliça II Elizabet ölümündən iki gün öncə, sentyabrın 6-da Liz Trası Baş nazir təyin etdi. Lakin siyasətçi cəmi 45 gün hökumətə rəhbərlik edə bildi. İngiltərə hakimiyyətinin ona olan ümidləri böyük idi. Hətta Britaniya cəmiyyətində onu “Dəmir ledi” adlandıranlar da az deyildi. Ancaq xanım Tras sentyabrın 5-də Böyük Britaniyanın Baş naziri seçildikdən sonra bütün bu ümidləri doğrulda bilmədi.
Bəzi ekspertlər düşünür ki, Trasın istefa qərarının  səbəbi məhz ölkədə gedən proseslərdir. Əsası isə iqtisadi böhran və büdcə israfı ilə əlaqəlidir.
AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədlinin fikrincə isə bu xanım Trası tutduğu postu tərk etməyə vadar edən bəzi səbəblərdən biridir.
"Liz Tras 45 günlük Baş Nazir postunda olduğu zaman Krallıq dünya iqtisadi sıralamasında ilk dəfə 5-ci sıradan Hindistanın arxasına düşdü. Ölkə iqtisadiyyatında olan ciddi problemlər dahada kəskinləşdi. Onun iqtisadi siyasəti ölkədə, o cümlədən hakim Mühafizəkarlar Partiyasında narazılıqlarla qarşılandı. Bunun nəticəsi olaraq oktyabrın 14-də baş nazir cəmi 38 gün maliyyə naziri işləmiş və özünün təyin etdiyi partiyadaşı Kvazi Kvartenqi vəzifəsindən azad etdi . Oktyabrın 19-da isə Xarici İşlər Naziri S.Braverman istefa verdi. Xatırladım ki, bir müddət əvvəl S.Braverman Trası ən yüksək gəlir vergi dərəcəsini 45%-dən 40%-ə endirməmək qərarına görə açıq şəkildə tənqid etmişdi".
 
K. Məmmədli həmçinin qeyd edib ki, Tras 45 günlük baş nazir postunda büdcənin israfı ilə də yadda qalıb. 
 
" Hətta "Daily Maily" nəşrində xüsusi olaraq,  Trasın azarkeşi olduğu İngiltərənin “Norviç” klubunun fan-şopunda xərclənən və dövlət büdcəsinə aid olan 1841 funt-sterlinq məbləği barədə də məqalə dərc olunub. Lakin mənim fikrimcə, Liz Trasın istefaya məcbur edilməsinin səbəbi təkcə bu amillər deyil . 
 
Böyük Britaniya dövlətinin Trası belə tez bir zamanda istefaya məcbur etməsi, heç də sıradan bir büdcə israfı və iqtisadi böhrana görə ola bilməz. Fikrimcə əsas səbəblərdən biri Trasın Britaniyadan çox  ABŞ maraqlarını güdməsidir. Çünki onun son günlər baş nazir postunda daha çox ABŞ- ın maraqlarını üstün tutaraq bir sıra kəskin çıxışları olub.Bu xüsüsən onun  Çinə qarşı sanksiyaların tətbiq edilməsi və onlardan bir sıra texnologiyaların ixracını dəyandırmaq təklif olub. Halbuki, Boris Consonun dönəmində İngiltərə Çin münasibətləri yüksək səviyyədə idi. Hətta 2021 ci ilin rəqəmlərinə görə,  Çinin Britaniyadakı sərmayələri üç dəfə artmışdı".
 
O, Liz Trasın istefasından sonra Britaniyanın gündəmində eks Baş Nazir Boris Consonun yenidən öz postuna qayıdacağı barədə gəzən  iddialar barədə də danışıb.
 
"Boris Conson istefa verdiyi zaman bir çox ekspertlər bunu siyasi həmlə adlandırırdı və  növbəti seçkilərdə Consonun namizədliyini verərək yenidən seçiləcəyini düşünürdü . Amma bu proqnozlar özünü doğrultmadı və Liz Tras baş nazir  oldu . Oxşar iddiaların 45 gün sonra yenidən gündəmə gəlməsini heç də təsadüfi hesab etmirəm. Hətta Britaniya bukmeker kontorları keçmiş baş nazir Boris Consonu hökumətə başçılıq etmək üçün favoritlərdən biri hesab edirlər".
 
Qeyd edək ki, Böyük Britaniyada son 4 ildə üç baş nazir, son dörd ayda isə dörd maliyyə naziri dəyişib.
 
Ednews.net
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı