Amerika Azərbaycan və İran arasında... Deputatdan açıqlama

Siyasət 17:00 06.12.2022

28 noyabr tarixində Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfərdə olub.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi və “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlər keçirilib.

Son zamanlarda Azərbaycan və İran arasında gərginliyin artdığı bir zamanda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı İranın regionda və ola bilsin, ondan kənarda sabitliyi pozan təsirinə qarşı tərəfdaşlarını dəstəkləməyə davam etdirəcəklərini bildirib.

Düşünülür ki, səfər zamanı Azərbaycan ordusunun rütbəli şəxsləri ABŞ hərbi rəhbərliyi bu yöndə də söhbətlər aparıb.

Ednews-a danışan deputat Fəzail Ağamalının sözlərinə görə, bu səfər Amerika ilə Azərbaycan arasında hərbi əməkdaşlığı qurulmasının yəni mərhələsinin göstəricisidir:

“Yaxın günlərdə ABŞ-ın geniş heyyətinin səfər etməsi Amerika Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının ifadəsi kimi dəyərləndirilməlidir. Amerika Azərbaycan arasında ən müxtəlif istiqamətlərdə əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq getdikcə güclənir və geniş miqyas alır. Azərbaycan müstəqillik əldə etdikdən sonra, mən bildiyim qədəri ilə, ilk dəfə olaraq Azərbaycan Müdafiə Nazirliyinin yüksək səviyyəli, yüksək rütbəli generalı böyük heyətlə Amerikaya səfər etmişdi. Nəzərə alsaq ki, Kərim Vəliyev Azərbaycan Müdafiə Nazirliyinin baş qərərgah rəisidir və onun Amerika Birləşmiş Ştatlarında öz həmkarları ilə keçirmiş olduğu görüşlər, həm də kifayət qədər ABŞ-ın yüksək səlahiyyət sahibləri ilə keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə olunan razılıqlar, bütün detalları ilə bizə məlum olmasa da, mahiyyət etibarilə ciddi məqamlardan xəbər deyir”.

Millət vəkili ABŞ-ın İran Azərbaycan arasında gərginliyə verdiyi reaksiyadan da danışıb:

“Son vaxtlar İranın Azərbaycana qarşı aqressiv hərəkətləri, həddini aşan addımları və bununla paralel olaraq İranda xalqın ayağa qalxaraq molla rejiminə qarşı sərt mövqe nümayiş etdirməsi və bu rejimin dəyişilməsində olduqca kütləvi görünməsi əlbəttə Amerika ilə Azərbaycan arasında müəyyən məsələlərdə razılaşmaların əldə edilə biləcək. Bu baxımdan əlbəttə, mənə elə gəlir ki, bağlı qapılar arxasında keçirilən görüşdə bütün bu məsələlər müzakirəyə çıxarılmış, qarşılıqlı müzakirədən, fikir mübadiləsindən sonra mənə elə gəlir ki, ümumi addımların atılması üçün də razılıqlar əldə olunub. Düşünürəm ki, bu ölkə Prezidentinin həyata keçirmiş olduğu xarici siyasəti, diplomatik fəaliyyətin ciddi uğurlarından biri kimi qiymətləndirilməlidir”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın fikirlərini şərh edən F.Ağamalı  ABŞ İsraillə bərabər İrana hərbi qüvvələr yeridilmə ehtimalın olmasından danışıb:

“Yadınıza gəlirsə, İran Azərbaycana qarşı sərhəd boyu təlim keçirəndə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsünə jurnalistin vermiş olduğu suala o, çox aydın və konkret şəkildə cavab verdi ki, biz dostumuz olan Azərbaycanı bu məsələdə tək qoymayacağıq. Bu çox ciddi mesaj idi. Dövlət departamentinin sözçüsündən bu açıqlama özünün tutumuna görə, böyük bir hadisə idi. Bundan başqa, indi İranda gedən proseslər İran molla rejimininin söykənmiş olduğu aqressiv yanaşmalarla müşayiət oluna bilər. Yəni, ölkə daxilində narazılıqlar aradan qaldırmaq üçün ona Azərbaycana hətta hücum etməsi istisna olunmur. Məsələ təxmini budur. Başqa bir tərəfdən İranın artıq oranın zənginləşməsi ilə bağlı tədqiqat işlərini davam etdiririk. Verilən məlumata görə, İran nüvə silahının hazılanmasına çox yaxındı. Buna görə də elə bil təhlükənin qarşısını almaq üçün İsrail və ABŞ-a müzakirələr aparır. Son vaxtlar Amerika Birləşmiş Ştatlarında ardıcıl İrana hücum etmək, hətta İraq variantının da olmasının mümkünlüyü mətbuata sızdırılır. Belə bir durumda Azərbaycanın İranla sərhədlərində,  yəni, Cəbrail, İmişli, Astara sərhədlərində qardaş Tükriyə ilə "qardaş yumruğu" adlı və Silahlı qüvvələrin bütün sahələrinin iştiraka cəlb olunması və qardaş Tükriyədən təkcə canlı qüvvələrin deyil, eyni zamanda F16-ların Azərbaycana gətirilməsi, dediklərimizin, hər halda sıradan bir məsələ olmadığını ortaya qoyur.

Yaxın vaxtlarda ABŞ İsraillə bərabər İrana hərbi qüvvələr yeridilməsi və ya lokal xarakter daşıyan hücumları düşünürəm ki, gözləniləndir”.

Əbülfət Baxşəli

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı