“İrandan diplomatların geri qaytarılması əlaqələrin kəsilməsi demək deyil”.
Ednews xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “Jerusalem Post” qəzetinə müsahibəsində açıqlayıb.
Səfir Bakı və Təl-Əviv arasında "anti-İran əməkdaşlığı" ilə bağlı dolaşan xəbərləri təkzib edərək vurğulayıb ki, Azərbaycan diplomatlarının İrandan qaytarılması Tehranla münasibətlərin kəsilməsi anlamına gəlmir.
"Azərbaycan Respublikası əvvəldən bəyan edib ki, başqa dövlətlərin daxili işlərinə qarışmayacaq və öz ərazisindən başqa dövlətlərə qarşı istifadə olunmasına imkan verməyəcək. Çünki biz başqa dövlətlərin də bizim daxili işlərimizə qarışmamasını gözləyirik", - deyə M.Məmmədov vurğulayıb.