Albaniya Xarici İşlər Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
Ednews xəbər verir ki, bu barədə nazirliyin Tvitterində yazılıb.
Bildirilib ki, bu il həm də Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunur:
“Azərbaycanlı dostlarımızı Müstəqillik Günü münasibətilə təbrik edirik! Onlara region üçün firavan və dinc gələcək arzulayırıq”.
Həmçinin Polşa XİN də ölkəmizi təbrik edib:
"Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir və ən xoş arzularımızı bildiririk".
Serbiya XİN-in təbrikində isə bunlar qeyd olunub:
"Biz ikitərəfli və çoxtərəfli dostluq münasibətlərimizi və əməkdaşlığımızı daha da genişləndirməyi səbirsizliklə gözləyirik".