Mövlud Çavuşoğludan Azərbaycan xalqına: “Daim birlikdəyik!”

“Azərbaycan və Türkiyə bir millət, iki dövlət, tək yumruqdur”.
 
Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
 
O, 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib:
 
“Kədərdə də, sevincdə də daim birlikdəyik! Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.