Türkiyədə seçki başa çatdı: Səslər sayılır

Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
 
Ednews xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb, saat 17:00-da bağlanıb.
 
Ölkə üzrə 191 mindən çox seçki qutusu quraşdırılıb. Seçicilərin sayı 60 milyon nəfəri ötür.
 
Səslərin hesablanmasına başlanılıb.
 
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Ali Seçki Şurasının rəhbəri Əhməd Yener Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələrinin mayın 14-də keçirilən səsvermədən fərqli olaraq daha tez məlum olacağını bildirmişdi.