AKP-nin sözçüsündən seçkilərin nəticələri ilə bağlı AÇIQLAMA

Seçkilərin ikinci turunun nəticələri bir daha xalqın Prezident Ərdoğana güvəninin göstəricisidir.
 
Ednews TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
 
"Türkiyədə prezident seçkilərinin ikinci turunu da uğurla başa vurduq. Seçkilərin ikinci turunun nəticələri də xalqımızın Prezidentimiz Ərdoğana bir daha güvəninin göstəricisidir. Xalqımızın seçiminə hörmətlə yanaşırıq", - deyə o bildirib.
 
Xatırladaq ki, may ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.