Hikmət Hacıyev sabah Qriqoryanla GÖRÜŞƏCƏK

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək. 
 
Ednews  apa.az-a istinadən xəbər verir ki, bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb. 
 
Forum mayın 30-da baş tutacaq. 
İlham Əliyev xalqa müraciət edir - Canlı