Xələf Xələfov Almaniya XİN rəsmisi ilə GÖRÜŞDÜ

Berlində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında illik siyasi məsləhətləşmələr keçirilib. 
 
Ednews  xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Departamentinin direktoru Matthias Lüttenberq şəxsi tvitter hesabında bildirib. 
 
"Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlıq, səmimiyyət və qarşılıqlı hörmət əsasında hərtərəfli dialoqun aparılmasına görə təşəkkür edirəm. Almaniya stabil Cənubi Qafqaz üçün fəaliyyətini davam etdirəcək!", - deyə, alman diplomat vurğulayıb.