Bakıda MDB Sərhəd Qoşunlarının iclası KEÇİRİLİR

Yaxın zamanda Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir. 
 
Ednews  xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisində deyib. 
 
Onun sözlərinə görə, Azərbaycanın qida sektorundakı müəssisələri beynəlxalq standartlara uyğunluq üzərində çalışırlar ki, bu da öz növbəsində Azərbaycan məhsullarının ixracının artırılmasına səbəb olur. 
 
"Hüquqi nöqteyi-nəzərdən ixrac prosedurlarının və xarici bazarlara çıxış üçün tələblərin sadələşdirilməsi üzrə işlər görülür", - o deyib. 
 
Q.Təhməzli həmçinin Azərbaycanın heyvandarlıq məhsullarının ixracı sahəsində də irəliləyişə nail olduğunu qeyd edib.
İlham Əliyev xalqa müraciət edir - Canlı