Türkiyə Kosovodakı NATO qüvvələrinin komandanlığını NECƏ İDARƏ EDƏCƏK? Türkiyəli politoloq ŞƏRH EDİR - ÖZƏL

Siyasət 16:30 09.06.2023

Xəbər verdiyimiz kimi, Türkiyə NATO-nun Kosovo və Metohiyadakı (KFOR) kontingentinin komandanlığını öz üzərinə götürəcək. “Bölgədə son on ilin ən şiddətli toqquşmalarından” sonra Alyansda ABŞ-dan sonra ikinci ən böyük hərbi gücə malik olan Türkiyənin oktyabr ayında NATO-nun Balkanlardakı daha əvvəl İtaliyanın rəhbərlik etdiyi missiyanı üzərinə götürəcəyi gözlənilir.

Bundan əvvəl Kosovo Respublikasının prezidenti Vyosa Osmani NATO-nun sülhməramlı KFOR qüvvələrinin Kosovonun NATO-ya qəbul olunana qədər bölgədə qalacağına ümid etdiyi bildirib.

Bundan əvvəl Türkiyə NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət bir batalyon göndərmişdi. Ankara NATO-nun Müttəfiq Qüvvələri Komandanlığının sorğusuna cavab olaraq 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının bir batalyonunun ehtiyat hissə kimi yerləşdirildiyini açıqlayıb.

Türkiyəli politoloq Göktuğ Çalışkan Ednews-a müsahibəsində bildirib ki, Türkiyədən bölgədə münaqişəni sona çatdırmaq yox, balanslaşdırıcı amil rolunu oynaması gözlənilir:

“Gəlin ondan başlayaq ki, Türkiyə NATO-nun ən mühüm ordularından biridir. Türkiyəyə hərbi gücü və regional gücü ilə hörmət edilir. Bu kontekstdə NATO-nun türk əsgərləri tələbi Kosovo münaqişəsində “tarazlıq” kimi qiymətləndirilməlidir. Burada məqsəd Türkiyənin hər iki tərəf üçün balans yarada biləcək bir amil olmasıdır. Ona görə də Türkiyədən bölgədə münaqişəni sona çatdırmaq yox, balanslaşdırıcı amil rolunu oynaması gözlənilir”.

Kosovodakı NATO qüvvələrinin komandanlığında Türkiyənin maraqları ilə bağlı politoloq fikirlərini belə ifadə etdi:

“Türkiyə həm NATO-da, həm də regionda böyük hərbi gücdür. Beləliklə, Türkiyənin yaxın və orta perspektivdə NATO qüvvələrinin Kosovada komandanlığı Türkiyənin region ölkələri arasında nüfuzunu daha da artıracaq. Türkiyə vasitəçi və stabilizator olmaqla yanaşı, həm də regionda diplomatik təsirini əhəmiyyətli dərəcədə artıra bilər. Serbiya prezidenti Vuçiçin Türkiyə qoşunlarının Kosovoya daxil olmasını prezident Rəcəb Tayyib Ərdoğandan xaiş etməsi barədə də şayiələr var. Nəzərə alsaq ki, Serbiya, Kosovo və Aİ arasında məsləhətləşmələr davam edir və Ohrid sazişi bu ilin sonuna kimi imzalana bilər, Vuçiçin bu addımı məntiqlidir. Çünki Serbiya Avropa Birliyinə daxil olmaq istəyir. Buna nail olmağın yolu isə bu razılaşmadan keçir. Ona görə də Kosovoda əks tarazlıq kimi Türkiyədən kömək alması bu baxımdan vacibdir”.

Bölgədə Türkiyə üçün mümkün risklər və problemlər var. Göktuğ Çalışkan NATO qüvvələrinə hücumunun yenidən başlandığı təqdirdə, Türkiyə qüvvələrinin buna münasibətini problem adlandırıb.

“Bölgədə Türkiyənin üzləşə biləcəyi bəzi problemlər var. Məsələn, NATO qüvvələrinə yenidən hücum edəcəyi təqdirdə Türkiyə qüvvələrinin münasibəti burada önəmli olacaq. Bu məsələlər risk və problemlər yarada bilər”.

Bundan əlavə, politoloq Türkiyənin regional mövqeyi və digər ölkələrlə əlaqələri baxımından əhəmiyyətini vurğulayıb.

“Türkiyənin NATO daxilində əks tarazlıq kimi Kosovoda qüvvələrə komandanlıq etməsi onun həm NATO daxilində, həm də bölgədə təsirini artırdığını göstərir. Üstəlik, onun əks tarazlıq kimi görünməsi də region ölkələrinin bunu nəzərə almasının sübutudur. Düşünürəm ki, bu vəziyyət Türkiyənin regional mövqeyinə və digər ölkələrlə münasibətlərinə müsbət təsir edəcək, çünki Türkiyənin bu addımı Türkiyəyə baxış tərzinin təzahürüdür və onun regional təsirinin artdığını göstərir”.

Nurlana Hacıyeva

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı