Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat işçilərini təbrik edib.
Ednews xəbər verir ki, o, bu barədə şəxsi “Twitter” hesabında paylaşım edib.
“22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. Bu əlamətdar gün münasibətilə daim əzmkarlıqla çalışan vətənpərvər jurnalistlərimizi səmimi-qəlbdən təbrik edir, onlara şərəfli və olduqca vacib işlərində daim uğurlar arzulayıram”.