Qarabağda yaşayan ermənilərlə Azərbaycanın rəsmi nümayəndələri arasında görüşün təşkili istiqamətində iş aparılır.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “armenpress” nəşri yayıb.
“Vasitəçilər Qarabağdakı vəziyyəti yumşaltmaq üçün Xankəndi-Bakı arasında görüşün təşkili üzərində işləyirlər”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, bu gün separatçılar, həmçinin Bakının daha bir şərti ilə razılaşıblar. Belə ki, humanitar yüklər Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri ilə Laçın və Ağdam yolları ilə eyni vaxtda daşınacaq.