Siyasi partiya sədrləri: “Xankəndidə Azərbaycanın bayrağı dalğalanmalıdır” - REAKSİYA

Siyasət 11:30 20.09.2023

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

Tədbirlərin məqsədi Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Müdafiə Nazirliyi bəyan edib ki, bu tədbirlər yalnız hərbi hədəflərə yönəlib.

“Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, - Nazirlik bildirib.

Ednews xəbər verir ki, Azərbaycandakı müxalifət qüvvələrinin liderləri də Ordumuzun antiterror tədbirlərinə başlamağını dəstəkləyiblər.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev:

1582538034_hafiz-haciyev.jpg

“Azərbaycan Ermənistana bu məsələdə çox böyük humanistlik göstərdi. Dəfələrlə xəbərdar etdik ki, təxribatlarınıza son qoyun. Dövlət başçımız da bu məsələdə çox böyük humanist addım atmaq istədi. Lakin özləri bunu istəmədi. Xankəndinə 10 mindən çox erməni terrorçularını gətirdilər. Bundan sonra çirkin əməllərinə başladılar. Azərbaycan hərbiçilərini, polislərini, işğaldan azad edilmiş ərazilərində terror tədbirləri həyata keçirdilər. Ona görə də ordumuzun cavab verməsi vacib idi. Bu suverən hüququmuzdur, bu hüquqdan da tam istifadə etmişik və edəcəyik də. Xankəndi bizimdi. Öz torpağımızda əmin-amanlıq yaratmaq üçün terrorçuları təmizləməliyik. Buna da başlamışıq və axıra qədər davam etməliyik. Azərbaycanın bayrağı dalğalanmalıdır. Düşünürəm ki, erməniləri heç bir güzəşt etməməliyik. Axıra qədər antiterror tədbirlərini davam etdirməliyik. İnanıram ki, biz buna nail olacağıq!”

Müsavat başqanı Arif Hacılı:

arifhacili.jpg

"Ölkənin bütün ərazisində dövlət suverenliyimizin bərpası, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konstitusiya və qanunlarımıza, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq gərəkən tədbirlərin həyata keçirilməsi Azərbaycan dövlətinin müstəsna hüququdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:

63a571e758b2b63a571e758b2c167178698363a571e758b2963a571e758b2a.jpg

“Ordumuz alçaq terrorçuları Qarbağdan süpürüb atmalıdır. Allah ordumuzu və Azərbaycanımızı qorusun!”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

357447.jpg

“Xankəndi və ətrafı elə bu gün terrorçulardan təmizlənməlidir! Vur əsgər! Canımız sənə fəda olsun!”.

AĞ Partiya sədri Tural Abbaslı:

2019-04-02-11-23-155t.jpg

“Qarabağda istər hərbi, istərsə də digər qüvvələr tamamilə Azərbaycan dövlətinin nəzarətində olmalıdır. Bu mütləq şəkildə olmalıdır ki, növbəti təxribatlar olmasın. Çünki Xankəndi ərazisində erməni terrorçuların mövcud olduğu müddətdə təxribatlar da davam edəcək. Hava məkanımıza müdaxilə ediləcək, ərazilərimizə yeni minalar basdırılacaq, nəticədə yenidən şəhid verəcəyik. Geosiyasi dəyişikliklər nəticəsində 1989-cu ildəki kimi separatçılar Azərbaycanda ərazi iddiasında olacaqlar".

Antiterror tədbirləri Xankəndi şəhərində uğur ilə yekunlaşmalıdır. Beləliklə də Xankəndi və digər ərazilərimiz Azərbaycanın tabeliyinə keçirilməlidir. Son nəticədə Azərbaycan bayrağı Xankəndidə dalğalanmalıdır”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu:

b3fc13c8676fcf752342dee86cee5416.jpg

“Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə tamlıqla dəstəkləyirik. Bu barədə 23 siyasi partiyanın birgə bəyanatı oldu. Bu bəyanatla hər kəs tanışdı. 

Silahlı Qüvvələrimiz qanunsuz hərbi birləşmələri aradan qaldırmaq üçün ciddi lokal anti-terror tədbirləri keçirilir. Mülki erməni sakinlərə toxunulmur. Azərbaycan vətəndaşı olmağa hazırlaşan bütün erməniləri qoruyur. 

Bu gün yeni bir tarix yazılır. Hansı ki, gələcək nəsillər bu günü tarix kitablarından öyrənib, ordusu, xalqı, siyasi rəhbərləri haqqında məlumat alıb fəxr edəcəklər”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı