Müvafiq portal vasitəsilə Azərbaycanın erməni sakinlər tərəfindən daxil olan müraciətlər nəzərdən keçirilir.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı zamanı bildirib.
Nazir Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası istiqamətində işlər həyata keçirildiyini qeyd edib.