Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasında işgüzar səfərdədir.
Ednews xəbər verir ki, Ceyhun Bayramovu daşıyan təyyarə Tehrana çatıb
***
11:40
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.
Ednews xəbər verir ki, səfər çərçivəsində onun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “3+3” formatına Azərbaycan, Türkiyə, İran, Ermənistan, Rusiya və Gürcüstan daxildir.
Rəsmi Tbilisi Moskvada keçirilən ilk görüşdə olduğu kimi bu dəfə də Tehrana nümayəndə heyəti göndərməyib.