Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Qərb ölkələrinin regional problemlərlə bağlı mövqeyini tənqid edib.
Ednews xəbər verir ki, bu barədə Ceyhun Bayramov İran lideri İbrahim Rəisi ilə Tehranda keçirilən görüşü zamanı qeyd edib.
Nazir bildirib ki, Azərbaycan İranla əlaqələrə xüsusi önəm verir: “Biz Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində İranın mövqeyini yüksək qiymətləndiririk”.
Nazir vurğulayıb ki, son aylarda iki ölkə arasında münasibətlərin normallaşdırılması və ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində mühüm məqsədlərə nail olunub.