Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub, tərəflər oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün nəticələrini yüksək qiymətləndiriblər.
Ednews un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bununla yanaşı, nazirlər Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari məsələlərini müzakirə ediblər.