Yaxın günlərdə ABŞ prezidenti Co Bayden Tayvana 80 milyon dəyərində maddi yardım edilməsi barədə sənəd imzalayıb.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, müqaviləyə görə Tayvan bu vəsaitdən ABŞ-dan silah almaq üçün istifadə edəcək.
Qeyd edək ki, bundan əvvəl hələ Tayvanın ABŞ-dan idxal etməkdə olduğu 14 milyard dəyərində silah-sursat nəqli başa çatmayıb.
Çin rəsmiləri bunun ölkələr arasında gərginliyin artmasına səbəb olduğunu bildirib.
Fərid Axund