Son zamanlar ABŞ Azərbaycana qərəzli mövqe sıralamaqdadır. Ekspertlərin fikrincə, ABŞ Cənubi Qafqaza müdaxilə etmək niyyətində olduğu üçün bu yola əl atıb. Bununlada o regionda gərginliyi saxlayaraq sülhə mane olmaq istəyir.
ABŞ-ın Azərbaycanla münasibətlərdə şantaj və təzyiq ritorikası nəyə hesablanıb? Vaşinqton Ermənistan naminə Qafqazda geosiyasi prosesləri dəyişmək niyyətini nümayiş etdirir. Amma bu, heç də İrəvana dəstək kimi izah edilmir.
Bu barədə Ednews-a politoloq Tural İsmayılov bildirdi ki, ABŞ senatı hər zaman ədalətsizliyin haqsızlığın əsas qalalarından biri olub. Azərbaycan əleyhinə olan çirkab kampaniyaların arxasında hər zaman Amerika Birləşmiş Ştatlarına bağlı olan qüvvələr dayanıb:
“Məhz ABŞ senatının bu qanunsuzluğları təkcə Cənubi Qafqaz regionunda deyil, dünyanın bir çox yerində ədalətsizliklər üst plana çıxıb. Bu gün Azərbaycanın regional gücdən, qlobal gücə çevrilməsi, torpaqlarımızın işğaldan azad etməmiz Qərbi ciddi narahat edən nüanslardan biridir. Qərb bu prosesdə Azərbaycan əleyhinə fəaliyyət göstərmək üçün hər şeyi etməyə davam edir. ABŞ Amerika-Erməni milli komitəsi adlı diaspor təşkilatının təsiri altında Azərbaycanı özünün təsirinə salmaq istəyir”.
Politoloq Cənubi Qafqazda möhkəmlənən ABŞ-ın Azərbaycanı təhlükəli ssenariyə cəlb etmək istədiyini vurğulayıb:
“ABŞ anlamalıdır ki, Azərbyacan Ermənistan deyil. Azərbaycan hansısa dövlətin siyasi təsir dairəsinə salmaq mümkün deyil. Ölkəmizin tam balanslı xarici siyasəti var. Eyni zamanda Azərbaycan regional deyil, qlobal gücdür. Bu baxımdan ABŞ senatın Azərbaycana yardımın dayandırması qanunu qəbul etməsi, Amerikan imprelizminin iki üzlülüyünü və çirkin mahiyyətini növbəti dəfə ortaya qoyur".
Oğuz