Noyabrın 25-də Birləşmiş Ərəb Əmirliyində Ermənistanın Respublikası və Səudiyyə Ərəbistan Krallığının səfirləri Karen Qriqonyan və Sultan bin Abdulla Əl-Anqari arasında Ermənistan-Səudiyyə diplomatik münasibətlərinin Səudiyyə Ərəbistan və digər ərəb ölkələrinin Ermənistanla diplomatik münasibətlər qurulması ilə bağlı protokol imzalanıb.
Maraqlıdır, Səudiyyə Ərəbistan və digər ərəb ölkələrinin Ermənistanla diplomatik münasibətlər qurmasında məqsəd nədir?
Məsələ ilə bağlı Ednews-a danışan politoloq Tural İsmayılov bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əlaqələri yüksək ölkədir. Azərbaycan torpaqlarının işğalı faktoruna görə uzun illər Ermənistanla diplomatik əlaqələr qurmayıb:
“Bu gün də Azərbaycanla Səuydiyyənin gözəl əlaqələri var. Səudiyyə və BƏƏ Azərbaycanla əlaqələrdə həm də ənənəvi xətləri deyil, yeni çalarları ehtiva edir. Ölkəmizin alternativ və bərpaolunan enerji məsələsindəki potensialı Səudiyyə tərəfindən yüksək dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, Səudiyyə ilə əlaqə qurmaq Ermənistanın istəyidir. Hazırda Azərbaycan torpaqlarını işğaldan azad etdiyi üçün Səudiyyə Ermənistanın əlaqə qurmaq təklifinə pozitiv baxa bilər. Amma unutmayaq ki, Səudiyyə və BƏƏ kimi ölkələr üçün Ermənistanın heç bir dəyəri yoxdur. Əlaqələr daha da dərinləşməyəcək”.
Oğuz