Mirzoyan ATƏT tribunasında Bakıya qarşı nələr dedi…

Siyasət 23:40 30.11.2023

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu toplantısında çıxışını bütünlüklə Azərbaycana qarşı təbliğata həsr edib.

Ednews xəbər verir ki, o, “əsas səbəbləri nifrət və ksenofobiya, öz ata-baba yurdunda azad və ləyaqətlə yaşamaq istəyən insanlara ontoloji təhlükə yaradan Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi”nin bu il son mərhələsinə çatdığını bildirib. İddia edib ki, “doqquz aydan çox davam edən qeyri-insani mühasirə”dən sonra, sentyabrın 19-da Azərbaycan “Dağlıq Qarabağ əhalisi”nə qarşı növbəti genişmiqyaslı hərbi hücum həyata keçirib və bu, “Dağlıq Qarabağ”ın yerli əhalisinin kütləvi surətdə “məcburi köçkün”ə çevrilməsinə səbəb olub.

“İndiki məqamda qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq ictimaiyyətin səssiz razılığı ilə “Dağlıq Qarabağ” ərazisini erməni əhalisi olmadan əldə etmək kimi çoxdankı məqsədinə nail olub.

Lakin bu ediləndən sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. indi Ermənistan Respublikasının bütün suveren ərazisi qonşumuzun hədəfinə çevrilib. Davamlı nifrət, hərbi ritorika, gücdən istifadə və güc təhdidi, müxtəlif beynəlxalq aktorlar, o cümlədən ABŞ və AB tərəfindən təşkil edilən görüşlərdə iştirakdan imtina ilə bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında həqiqətən maraqlı olmadığını göstərir”, - deyə Mirzoyan Bakıya qarşı təbliğatını davam etdirib.

Mirzoyan “humanitar fəlakətə baxmayaraq”, Ermənistanın Cənubi Qafqazda yeni sülh dövrünün açılmasına sadiq olduğunu da vurğulayıb:

“Bu fürsəti reallığa çevirmək üçün bizə hərtərəfli işlənmiş və məlum prinsiplərə əsaslanan səylərimizə Azərbaycanın qarşılıqlı səmimi iştirakı və beynəlxalq aktorların güclü dəstəyi lazımdır. Azərbaycan tərəfindən geniş müzakirə olunan və qəbul edilən və ya ən azı rədd edilməyən həmin prinsiplərə aşağıdakılar daxildir:

- 1991-ci ilə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması - Almatı Bəyannaməsi əsasında və qeyri-müəyyənlik olmadan;

- SSRİ Baş Qərargahının 1974-78-ci il xəritələrinə əsaslanan Ermənistanla Azərbaycan arasında ən son və qanuni dövlət sərhədinin demarkasiyası;

- ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, habelə bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması.

Ermənistan yuxarıda göstərilən prinsiplərə sadiqliyini bir daha təsdiqləyir”.

Mirzoyan “Sülh qovşağı” adlandırdıqları layihədən də bəhs edib və Ermənistan-Türkiyə sərhədinin açılmasının həlledici olduğunu bildirib:

“Biz quru sərhədinin 3-cü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasına dair razılığa gəlmişik, bunu oktyabrın 23-də ikitərəfli görüşümüz zamanı nazir Fidan bir daha təsdiqləyib. Hətta qarşıdan gələn həftələri nəzərə alaraq aydın tarixlər də qeyd olunub və ümid edirik ki, yaxın gələcəkdə biz bu ilk, lakin kifayət qədər hiss olunan addımı atacağıq”.

Mirzoyan “sentyabrın 19-dan sonra həbs edilənlər də daxil olmaqla”, bütün erməni əsir və məhbusların azad edilməsi, itkin düşənlərin taleyinin aydınlaşdırılmasında əməkdaşlıq, Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsinin qorunmasında da ATƏT-dən yardım istəyib.

“Ermənistan danışıqlara hazırdır və bizə lazımdır ki, Azərbaycan vasitəçilərin görüşmək və sülh sazişini yekunlaşdırmaq təkliflərini rədd etməyi dayandırsın. Bu məqsədə nail olmaq üçün Cənubi Qafqazda zorakılıq səhifəsini çevirmək və beynəlxalq qanunlara əsaslanan nizamı gücləndirmək üçün bütün maraqlı tərəflərin və ümumilikdə beynəlxalq ictimaiyyətin real səylərinə ehtiyacımız var”, - o çıxışını yekunlaşdırıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı