Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçlə görüşüb.
Ednews xəbər verir ki, dövlət başçısı hər iki ölkə liderləri ilə işgüzar danışıqlar aparıb.
Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.