Türkiyə tərəfi daha 130 nəfər soydaşını Qəzza zolağından təxliyə edib.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlama verib.
Keçeli qeyd edib ki, Türkiyə vətəndaşları və onların ailə üzvlərindən ibarət 130 nəfərlik qrup dekabrın 4-ü gecə saatlarında Qəzzadan Misirə təxliyə olunub.
Həmin şəxslərin bu gün Qahirə-İstanbul reysi ilə Türkiyəyə gətirilməsi planlaşdırılır.