Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün istifadə olunan çoxməqsədli “Martlet” raketləri verib.
Ednews xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Britaniya hakimiyyəti rəsmi olaraq “Martlet” raketlərinin tədarükünü elan etməyib, lakin onların Ukraynada istifadəsi ilə bağlı ilk qeydlər hələ 2022-ci ildə ortaya çıxıb.
Qeyd edək ki, "Martlet"in uzunluğu 1,3 m, çapı 76 mm, çəkisi isə 13 kq-dır. Raket döyüş başlığının kütləsi 3 kq, uçuş məsafəsi 8 km-dir. Ukraynaya ötürülən raketlərin dəqiq sayı açıqlanmayıb.