İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - YENİLƏNİB

Siyasət 19:41 06.12.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

Ednews xəbər verir ki, görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edildi.

Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi.

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırdı.

Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd etdi.

Dövlətimizin başçısı regionda Orta Dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışdı.

Ceyms O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğuladı. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxundu, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini dedi, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırdı.

Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Fazil Mustafa: "Qəbir daşına 10 min manat xərcləyənlər ağılsızdırlar" - MÜSAHİBƏ

Xəbər xətti

Monqolustan lideri İlham Əliyevə məktub ünvanladı
20:00 21.02.2024
Sabah bu ərazidə qaz olmayacaq
19:39 21.02.2024
Monqolustan dövlət başçısı Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib
19:38 21.02.2024
İsrail Hizbullahın 3 qərargahını vurdu
19:20 21.02.2024
DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT
19:00 21.02.2024
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib
18:52 21.02.2024
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin Nizamnaməsi və strukturu TƏSDİQLƏNİB
18:44 21.02.2024
Azərbaycanda monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı yenilənib
18:30 21.02.2024
Nazir müavini: Azərbaycanda energetika sahəsində yapon şirkətləri ilə müxtəlif layihələr həyata keçirilməkdədir
18:19 21.02.2024
Prezident İlham Əliyev XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib
18:09 21.02.2024
Azərbaycanda uşaqlara qoyulan COĞRAFİ ADLAR
17:51 21.02.2024
"Azərbaycan-Türkiyə birliyi regionda sülhün, sabitliyin qarantıdır" - Deputat Əliabbas Salahzadə
17:44 21.02.2024
Yaxın iki ayda Füzuli şəhərində 846 ailə məskunlaşacaq - RƏSMİ
17:35 21.02.2024
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
17:10 21.02.2024
Sədərəyə icra başçısı təyin olunan Naim Cahidzadə KİMDİR? – DOSYE
Sədərəyə icra başçısı təyin olunan Naim Cahidzadə KİMDİR? – DOSYE
17:08 21.02.2024
Zəngilanın Alıbəyli kəndi belə olacaq
17:03 21.02.2024
Prezident bu rayona yeni icra başçısı TƏYİN ETDİ
16:55 21.02.2024
FAKTİKİ HAVA: Dağlıq rayonlarda şaxta var
FAKTİKİ HAVA: Dağlıq rayonlarda şaxta var
16:44 21.02.2024
Əziz Orucovun həbs müddəti uzadıldı
16:20 21.02.2024
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təklif paketi aldı
15:56 21.02.2024
Fazil Mustafa: "Qəbir daşına 10 min manat xərcləyənlər ağılsızdırlar" - MÜSAHİBƏ
15:45 21.02.2024
Səhiyyə Nazirliyindən qriplə bağlı ÇAĞIRIŞ
15:43 21.02.2024
Kamil Zeynallı bu gün Bakıya QAYIDACAQ
Kamil Zeynallı bu gün Bakıya QAYIDACAQ
15:40 21.02.2024
Ağdaşda 33 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü
15:35 21.02.2024
Bakı metrosunun iş rejimində dəyişiklik edilib
15:35 21.02.2024
Azərbaycanda sürətli bahalaşma nə zaman səngiyəcək? - İqtisadçı-ekspert AÇIQLADI
15:30 21.02.2024
SON DƏQİQƏ: Kamil Zeynallı azadlığa buraxıldı
15:23 21.02.2024
Sabah yağış yağacaq – PROQNOZ
15:10 21.02.2024
Düşüncəni işğal etməyə kodlanan sistem – Oğuz Ayvaz yazır...
15:00 21.02.2024
Bakıda ana 16 yaşlı qızını evdən qovdu
Bakıda ana 16 yaşlı qızını evdən qovdu
14:46 21.02.2024
Azərbaycanda referendum keçiriləcək? - Fərziyyələr və əlamətlər artır – SORĞU
14:41 21.02.2024
"Qarabağ" üçün yaxşı və pis xəbər – “Braqa”nın iştirak ərizəsi açıqlanıb
14:29 21.02.2024
İndoneziya prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
14:22 21.02.2024
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Kamil Zeynallıya BAŞ ÇƏKDİLƏR
14:18 21.02.2024
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
14:16 21.02.2024
SON DƏQİQƏ: Əhməd Psixiatriya Xəstəxanasına yerləşdirildi
SON DƏQİQƏ: Əhməd Psixiatriya Xəstəxanasına yerləşdirildi
14:03 21.02.2024
Gia Xuxaşvili:”Gürcüstan və Azərbaycan beynəlxalq arenalarda bir-birimizə dəstək verməlidir”
Gia Xuxaşvili:”Gürcüstan və Azərbaycan beynəlxalq arenalarda bir-birimizə dəstək verməlidir”
14:00 21.02.2024
DYP-dən sürücülərə ÇAĞIRIŞ: "Bu, yolverilməzdir"
13:30 21.02.2024
Avropalıların yalnız  10 faizi Ukraynanın  qalib gələcəyinə inanır
Avropalıların yalnız 10 faizi Ukraynanın qalib gələcəyinə inanır
13:30 21.02.2024
Ermənistan DİN: “Kamil Zeynallı qətldə ittiham olunur”
Ermənistan DİN: “Kamil Zeynallı qətldə ittiham olunur”
13:23 21.02.2024
Hamısı