"Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir".
Ednews xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Bu gün Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. 44 günlük müharibənin bitməsindən bəri (mina partlayışı - red.) qurbanların sayı 340 nəfərə çatıb" - məlumatda qeyd olunub.