İlham Əliyevin bu çıxışı dünya mediasının diqqətində

Siyasət 21:03 07.12.2023

Gürcüstan mediası Prezident İlham Əliyevin Forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlərdən xəbərlər yaymaqda davam edib.

Ednews xəbər verir ki, “apsny.ge”, “interpressnews.ge”, “ambebi.ge”, “realnews.ge”, “kavkasia.net”, “adjaratv.ge” portalları, “1tv.ge”, “maestro.ge”, “rustavi2.ge” və digər televiziya kanalları Prezident İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinə dair fikirlərinə geniş yer verib.

Dövlətimizin başçısının çıxışından sitatla verilən materiallarda deyilir: “Gürcüstanın AB-yə üzv olmaq istəyi ilə bağlı onu deyə bilərəm ki, biz bunu başa düşürük və Gürcüstana uğurlar arzulayırıq”.

Materiallarda Prezident İlham Əliyevin Azərbaycan və Gürcüstan Avropada vahid komanda kimi təmsil oluna bilmələrinə dair fikrinə daha çox diqqət yetirilib.

Eyni zamanda, dövlətimizin başçısına istinadla bildirilib: “Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Əlbəttə ki, bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha da genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim etməyə imkan verdi”. Bundan başqa, materiallarda Azərbaycan Prezidentinin dövlətimizin başçısının Cənubi Qafqazda regional inteqrasiya üçün məsləhətləşmələrə başlamaq şansının olması barədə fikirləri də geniş yer alıb.

Ümumilikdə gün ərzində Gürcüstan mediasında Azərbaycan Prezidentinin Forumdakı çıxışı ilə bağlı 20-dən çox material və reportaj yayımlanıb.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Ukrayna mətbuatının da diqqət mərkəzində olub.

Bu ölkənin “Strana.ua”, “Antikor”, “Pozitsiya” xəbər portallarında nəşr olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməsinə dair fikirləri yer alıb.

Yazılarda dövlətimizin başçısının bu fikirlərinə diqqət çəkilib: “Mən Ermənistanın baş naziri ilə dəfələrlə söhbət etmişəm və soruşmuşam ki, niyə onlar öz öhdəliklərini yerinə yetirmirlər. …doqquzuncu maddədə aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcək. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o, nə bu marşrutu, nə də ki, Rusiyanın bu işdə iştirakını istəyir. Əslində, hüquqi nöqteyi-nəzərindən, bunun artıq mahiyyəti çox deyil. Bu, onun öhdəliyidir. Biz nə edə bilərik? Biz yalnız onu deyə bilərik ki, onlar öhdəliyini pozurlar”.

Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin sülh sazişinə dair fikirləri də yer alıb. “Düşünürəm ki, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə, əslində, nə lazımdır, yəni, Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”, - deyə dövlətimizin başçısından sitat gətirilib.

“Bloomberg”, “Financial Post” və digər mətbu orqanlarında “Azərbaycan silah tədarükünün doğurduğu müharibə riski ilə bağlı Ermənistana xəbərdarlıq edir” mövzulu materiallar dərc edilib.

Məqalələrdə qeyd edilir ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Fransa və Hindistanı Ermənistana təhlükə hesab etdiyi silahlarla təmin etməmək barədə xəbərdarlıq edib və belə tədarüklərin regionda yeni müharibəyə səbəb ola biləcəyini deyib. Eyni zamanda Ermənistanın adıçəkilən ölkələrdən silah-sursat almağa başlayacağı təqdirdə, Azərbaycan öz əhalisini qorumaq üçün reaksiya verməli olacaq. Məqalələrdə xüsusilə diqqətə çatdırılır ki, üç ay bundan əvvəl Qarabağda əməliyyat keçirən Azərbaycanın Ermənistanı işğal etmək niyyəti yoxdur.

Diqqətə çatdırılır ki, Qarabağdakı uğursuzluqdan sonra Ermənistan Moskvadan uzaqlaşaraq başqa yerdə dəstək axtarır. Son aylarda İrəvan hökuməti Fransa və Hindistanla hava hücumundan müdafiə sistemləri və zirehli maşınlar da daxil olmaqla silahların alınması üçün müqavilələr imzalayıb.

Həmçinin materiallarda ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla sülh sazişi üzrə danışıqlar aparmaq üçün Bakıya səfərinə də toxunulub. Qeyd edilib ki, Azərbaycan dövlət başçısı Ermənistanın yeni silah tədarükü ilə cəsarətlənərək Qarabağa gələcəkdə iddialar qaldırmayacağına dair “ciddi təminat” verilməli olduğunu vurğulayıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı